Avropa Parlamentində (AP) “Gürcüstanda xarici agentlər haqqında qanunun bərpası cəhdləri və vətəndaş cəmiyyətinə məhdudiyyətlər haqqında” qətnamə layihəsi irəli sürülüb.
Teleqraf.com xəbər verir ki, qətnamə aprelin 25-də səsə qoyulacaq.
Qətnamənin bəndlərindən birinə görə, Avropa Birliyi “xarici agentlər haqqında qanun”u dəstəkləyən Gürcüstan parlamentinin bütün üzvlərinə qarşı sanksiyalar tətbiq etməlidir.
Sözügedən qanun qəbul olunarsa, AP hakim “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişvili və partiyanın üzvlərinə sanksiyalar tətbiq edilə bilər.
Gürcüstan parlamentində ilkin oxunuşda qəbul edilən layihə hələlik ratifikasiya edilməyib. Tiflisdə təşəbbüsün əleyhinə etiraz aksiyaları keçirilir.
ABŞ və AB də buna görə rəsmi Tiflisə etiraz edib. Gürcüstan Prezidenti Salome Zurabişvili layihəni “rus qanunu” adlandırıb.