30 Yanvar 2015 12:47
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trans Anadolu Təbii Qaz Boru Xətti (TANAP) Türkiyə üçün əvəzolunmaz layihədir.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, bu layihənin yaxın üç il ərzində tamamlanması gözlənilir: “TANAP bizim üçün əvəzolunmaz layihədir. İlk addımlar da atılıb, tenderlər keçirilib, borular sifariş edilib. Üç il ərzində bu layihəni bitirməyi düşünürük. Həm Türkiyə, həm də Azərbaycan türkmən qazının da Türkiyə ərazisindən keçən kəmərə daxil olmasını istəyir”.

Türkiyə, Azərbaycan və Türkmənistan arasında güclü tarixi, mədəni, siyasi və iqtisadi bağların olduğunu qeyd edən Çavuşoğlu bu münasibətlərin gələcək dönəmdə daha da möhkəmlənəcəyinə inandığını bildirib: “İlk toplantımızı ötən il may ayında keçirdik. İki nazir qardaşımı Türkiyədə qəbul etməkdən çox şad oldum. Danışıqlar prosesini daha da genişləndirmək üçün bu üçlü mexanizmi liderlər səviyyəsinə qaldırmağı qərara aldıq. İnşallah, bu il ərzində Türkmənistanda liderlərin üçtərəfli iclasını həyata keçirəcəyik”.

Samir


Müəllif:

Oxşar xəbərlər