30 Aprel 00:13
389
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Fövqəladə Müharibə Kabinetinin naziri Benni Qantz Qəzza zolağı yaxınlığında motosiklet sürərkən ayağını sındırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Ynet” agentliyi məlumat yayıb.

“Nazir Benni Qantz bu səhər motosiklet sürərkən ayağını yaralayıb və tibbi müayinədən sonra ayağının sınıq olduğunu bildirib. Hazırda nazir Tel-a-Şomerdəki Mora xəstəxanasında müalicə alır və müayinələrdən keçir. Bundan sonra onun evə buraxılacağı gözlənilir”, - materialda qeyd edilir.


Müəllif: Teleqraf.com