2 May 21:49
308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici agentlər haqqında” qanun layihəsi əleyhinə etiraz aksiyası bərpa edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə “Qəhrəmanlar” meydanında yolu bağlayan aksiyaçıları saxlayıb.

Polis etirazçıları kənara çəkməyə başlayıb, onların tələblərinə tabe olmayanlar həbs edilib.

Qeyd olunur ki, hazırda nəqliyyatın hərəkəti qismən bərpa edilib, lakin bəzi etirazçılar hələ də yolun hərəkət hissəsində qalırlar.


Müəllif: Teleqraf.com