31 Yanvar 2015 02:18
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da "Ebola" virusuna yoluxduğu ehtimal edilən şəxs xəstəxanaya yerləşdirilib.

Teleqraf.com-un RİA Novosti agentliyinə istinadən məlumatına görə, hadisə Kaliforniya ştatının Sakramento şəhərində qeydə alınıb.

Hazırda adı açıqlanmayan şəxs “South Sacramento Kaiser” tibb mərkəzində xəstəliyin operativ diaqnostikasına yönələn testlərdən keçir. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatlarına əsasən, dünyada Ebola virusuna yoluxanların sayı 22 092 nəfər təşkil edir, 8 810 nəfər isə xəstəliyin qurbanı olub. Son həftə ərzində Qərbi Afrikada xəstəliyə 99 yoluxma faktı qeydə alınıb.


Müəllif:

Oxşar xəbərlər