7 May 09:59
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukrayna Prezidenti Vladimir Zelenskini axtarışa verdiyi məlum olub. Amma konkret hansı maddələr üzrə - dəqiqləşdirilməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın SHOT Teleqram kanalı yazır.

Mənbə bildirir ki, bundan əvvəl Zelenskiyə qarşı Donetskdəki separatçı rejim tərəfindən azı iki maddə - “aqressiv müharibənin başlanması və aparılması” və “qadağan olunmuş vasitə və üsulların tətbiqi ilə müharibə aparmaq” ittihamları üzrə cinayət işi başlanıb.

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov Zelenskiyə qarşı cinayət işinin təfərrüatlarına aydınlıq gətirib:

“Narkotiklərin yayılmasından tutmuş adam öldürməyə cəhdə qədər çoxlu məqamlar var”.


Müəllif: Mənsur Rəğbətoğlu