19 May 01:47
320
12 Punto 14 Punto 16 Punto 18 Punto

23 tunisli qeyri-qanuni miqrant İtaliyaya keçmək istəyərkən Aralıq dənizində itkin düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Tunis Milli Qvardiyasının şənbə günü yaydığı bəyanatda bildirilib.

“23 nəfərlik tunisli miqrant qrupu mayın 3-də gecə saatlarında şimal-qərbdəki Nabeul əyalətinin Korba sahillərini tərk edərək Aralıq dənizi ilə qanunsuz yollarla İtaliyaya keçməyə cəhd ediblər”, - Tunis Milli Qvardiyasının “Facebook” səhifəsində dərc edilmiş bəyanatda deyilib.

“23 nəfərin ailəsi mayın 14-ü və 15-də onlarla əlaqənin kəsildiyini bildiriblər”, - deyə məlumatda vurğulanıb.

İtkin düşən qeyri-qanuni miqrantların axtarışları davam edir.

Yeri gəlmişkən, Tunis təhlükəsizlik qüvvələri bu immiqrasiya cəhdinin beş təşkilatçısını həbs edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər