18 May 18:18
394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, vetonun hüquqi baxımdan düzgün olduğu üçün bu gün parlamentə təqdim olunacağını qeyd edib.

Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü oxunuşda qəbul edib. Qanun gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər