19 May 09:42
331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXV turun görüşlərinə yekun vurulacaq.

Teleqraf.com xəbər verir ki, son oyun günü "Qəbələ" doğma meydanda "Araz Naxçıvan"la üz-üzə gələcək.

Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq.

23 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan ev sahiblərinin I Liqaya düşəcəyi dörd tur əvvəl dəqiqləşib.

35 xala malik Naxçıvan təmsilçisi isə doqquzuncu pillədə yer alıb. Elmar Baxşıyevin komandasının qazancağı 1 xal onları turnir cədvəlində səkkizinci sıraya yüksəldəcək.

Qeyd edək ki, turun digər görüşlərində "Qarabağ" "Turan Tovuz"a (4:3), "Sabah" "Sumqayıt"a (2:0), "Neftçi" "Səbail"ə (3:0), "Zirə" isə "Kəpəz"ə (1:0) qalib gəlib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər