18 May 19:23
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lerikdə İcra Hakimiyyətinə məxsus AA seriyalı avtomobilin yoluna çıxaraq qəza törədən və güzgüsünü sındıran şəxs həbs edilib.

Teleqraf.com Qaynarinfo.az-a istinadla xəbər verir ki, hadisə rayonun Əliabad kənd yolunda baş verib.

Belə ki, 1989-cu ildə Lerik rayonu, Sors kəndində anadan olmuş Cavid (şərti) idarə etdiyi "Niva" markalı avtomobili Əliabad kənd yolunda yüksək sürətlə idarə edib. Cavid avtomobili ilə Lerik Rayon İcra hakimiyyətinə məxsus "Şevrolet" markalı, AA dövlət qeydiyyat nişanlı maşının yoluna çıxıb. Hadisə nəticəsində ciddi qəza baş verməsə də, İcra Hakimiyyətinə məxsus avtomobilin güzgüsünü sındırıb.

Məlumata görə, AA dövlət qeydiyyat nişanlı avtomobildə icra başçısının müavini olub. Belə ki, 15 may 2024-cü il tarixində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Boykəndil kəndində səyyar qəbul keçirib.

Rayon rəhbərliyinin vətəndaşlarla qəbulu bitdikdən sonra icra başçısının müavini "Şevrolet" markalı avtomobillə Lerik şəhərinə doğru hərəkətdə olarkən hadisə baş verib. "Niva" markalı avtomobilin sürücüsü yolun onlara aid hissəsində yüksək sürətlə hərəkət edib və manevretmə qaydasını pozaraq icra başçısının müavinin olduğu avtomobilin üzərinə gələrək, yan güzgüsünü sındırıb.

Sürücü saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1 maddəsi ilə protokol tərtib edilib. Məhkəmənin qərarı ilə o, 15 gün müddətə inzibati həbs edilib.


Müəllif: Teleqraf.com