18 May 17:43
12 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Fransanı Yeni Kaledoniyada etirazçılara qarşı zorakılıq tətbiq etməkdən çəkinməyə, əhalinin hüquq və azadlıqlarına hörməti təmin etməyə çağırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Rusiyalı diplomat mayın 13-də Yeni Kaledoniyanın paytaxtında Parisin müstəmləkəçilik siyasətinə qarşı başlayan kütləvi etirazlara diqqət çəkib: “Aksiyalar adanı bürüyən kütləvi iğtişaşlara çevrilib, bu zaman artıq bir neçə yerli sakin və polis əməkdaşı öldürülüb, onlarla hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb, yüzlərlə etirazçı saxlanılıb”.

Zaxarova qeyd edib ki, Rusiya Parisi etirazçılara qarşı əsassız zorakılıqdan çəkinməyə, Yeni Kaledoniya və nəzarəti altında olan digər dənizaşırı ərazilərin yerli əhalisinin hüquq və azadlıqlarına hörməti təmin etməyə çağırır.

Mayın 13-də adada Fransanın müstəmləkəçilik siyasətinə qarşı müstəqillik hərəkatı başlayıb. Bundan sonra adaya ordu yeridən Paris zorakılıq üsullarını sərtləşdirib.

Fransa daxili işlər naziri Cerald Darmanin Yeni Kaledoniyada baş verənlərə görə Azərbaycanı ittiham edib. Rəsmi Bakı təxribatçı və əsassız ittihama sərt reaksiya verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər