19 May 09:27
255
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmənin "Ənsar Allah" (husilər) üsyançı hərəkatı Qırmızı dənizdən keçən "M/T Wind" neft tankerinə gəmi əleyhinə ballistik raket atıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) öz "X" səhifəsində bildirib.

Məlumata əsasən, Yunanıstana məxsus olan və idarə etdiyi neft tankeri əvvəllər Rusiyada dayanıb, daha sonra Çinə yollanıb.

"Raket zərbəsi nəticəsində gəmi su altında qalıb, nəticədə sükan idarəetməsi itirilib və hərəkət sistemi zədələnib", - dəyə bildirilib.

"CENTCOM" gəmi heyətinin göndərdiyi həyəcan siqnalına dərhal reaksiya verib, lakin ABŞ ordusunun köməyi tələb olunmayıb:

""M/T Wind" heyəti hərəkət sistemini və sükan idarəetməsini bərpa edə bilib, xəsarət alanlar barədə məlumat verilməyib. "M/T Wind" hərəkətini bərpa etdi".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər