18 May 18:28
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki il əvvəl 18 yaşında olarkən əlbəyaxa davada bir nəfərin ölümünə səbəb olduğu bildirilən yəhudi əsilli İran vətəndaşı mayın 20-də (bazar ertəsi) edam olunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə İsveçdə fəaliyyət göstərən İran İnsan Haqları Təşkilatı (IHR) məlumat yayıb.

Kirmanşah həbsxanasında saxlanılan 20 yaşlı Arvin Nataniyel Qəhrəmani bu gün edam edilməli idi, amma sonradan ailəsinə hökmün bazar ertəsi icra ediləcəyi barədə məlumat verilib.

Qəhrəmani iki il əvvəl “qəsdən adam öldürmək”də təqsirli bilinib. “Iran İnternational” portalı isə yazır ki, Qəhrəmani bıçaqla hücuma məruz qaldığına görə özünü müdafiə edib.

Övladlarının xilası üçün yaxınlarının yeganə ümidi ölənin ailəsinin onu bağışlamasıdır. Amma ailə indiyədək bundan imtina edir.

1979-cu il İslam inqilabından əvvəl İranda təxminən 100 000 yəhudi yaşayırdı. Son siyahıyaalmaya görə, bu rəqəm 10 000-dən aşağı düşüb.

“Amnesty International” bildirir ki, molla rejimi təkcə 2023-cü ildə 853 nəfəri edam edib, bu da 2015-ci ildən bəri ən yüksək göstəricidir. Ümumiyyətlə, İran edamların sayına görə dünyada “lider”dir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər