18 May 17:07
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin mübarizə apardığı terror təşkilatları bizimlə yanaşı, ABŞ üçün də təhdiddir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-də səfərdə olan Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun deyib.

“FETÖ-nün ABŞ-dəki varlığı və fəaliyyəti bizimlə yanaşı, Amerika cəmiyyəti üçün də təhdiddir. Türkiyənin mübarizə apardığı terror təşkilatlarını (FETÖ və PKK/YPG) dəstəkləmək və terrorçuları təhvil verməmək strateji tərəfdaşlıq və müttəfiqlik anlayışı ilə üst-üstə düşmür. Terrorçuların təhvil verilməsi və terror təşkilatlarına dəstəyin dayandırılması Türkiyənin müttəfiqlərindən ən təbii gözləntiləridir”, - Türkiyə rəsmisi bildirib.

Altun qeyd edib ki, ikitərəfli münasibətlərə mənfi təsir göstərən problemlər və fikir ayrılıqlarının konstruktiv, realist və qətiyyətli yanaşma ilə effektiv idarə olunması həm Türkiyə, həm də ABŞ-nin xeyrinə olacaq: “Onu da xatırladım ki, Türkiyə və ABŞ həm də NATO müttəfiqləridir. Bir daha vurğulamaq istərdim ki, iki NATO müttəfiqi arasında münasibətlərdə çoxşaxəli və dərin əməkdaşlıq ölkələrimizin təhlükəsizliyi, sabitliyi və sülhü üçün vacibdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər