7 May 10:25
2 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çasiv Yar (Donetsk vilayəti) uğrunda döyüş həm Ukrayna, həm də Rusiya üçün strateji əhəmiyyət kəsb edir.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Yevgen Dikiy deyib.

“Əslində Donbasın taleyi Çasiv Yarda həll olunur. Bu yüksəkliklərə nəzarət böyük, sıx məskunlaşma əraziləri (şəhərləri) üzərində tam nəzarət deməkdir. Söhbət Kostantinivka, Drujkivka, Kramatorsk və Slovyanskdan gedir - dörd böyük şəhərdən. Onların taleyi Çasiv Yarda həll olunur”, - ekspert bildirib.

Dikiy həmçinin əlavə edib ki, Çasiv Yarın itirilməsi halında Ukrayna bu yaşayış məntəqələrindən dinc əhalini təxliyə etmək məcburiyyətində qalacaq.

Ekspert bir müddət sonra Donetskin Ukrayna ordusunun nəzarətində qalan son 4 şəhərinin də döyüş zonasına çevriləcəyini istisna etmir:

“Maksimum olaraq bu şəhərləri saxlayacağımız fakt deyil. Qərb mənbələrinin məlumatına görə, Çasiv Yara təzyiqi artırmaq üçün hazırda Robotindən iki hava-desant diviziyasının göndərilməsi istiqamətində işlər aparılır. Bu mənə çox məntiqli və tutarlı görünür. Çasiv Yar onlara lazımdır, bu, strategiya ilə bağlıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu