8 May 09:55
1 538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Rusiyanın Ukraynanın Xarkov və Sumı vilayətlərinə hücum etmək üçün kifayət qədər qüvvəsi yoxdur, amma sərhəd döyüşləri aparmağa qadirdir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun ehtiyatda olan general-mayoru Sergey Krivonos deyib.

Onun sözlərinə görə, Rusiyanın Bryansk, Belqorod və Kursk vilayətlərində 50 minlik qüvvə və texnikası var:

“Bu, hücum əməliyyatlarına başlamaq üçün kifayət deyil. Amma bu, düşmənə qüvvələr və resurslarımızı Rusiya-Ukrayna xəttindən uzaqlaşdırmaq üçün sərhəd döyüşləri aparmaq imkanı verə bilər. Bunu kifayət qədər effektli edə bilirlər”.

Krivonos qeyd edib ki, cəbhənin digər hissələrində vəziyyət kifayət qədər ağırdır, çünki Rusiya artilleriya, canlı qüvvə və hərbi aviasiya baxımından böyük üstünlüyə malikdir.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya ordusunun Xarkov və Sumı vilayətlərinə hücuma hazırlaşdığını açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu