8 May 14:26
1 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri İmran Xanın həyat yoldaşı Büşra Bibinin ev dustaqlığından ərinin saxlandığı Adiala həbsxanasına köçürülməsi ilə bağlı vəsatətini təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Dawn” məlumat yayıb.

Büşra Bibi İslamabaddakı ailə iqamətgahında həbsdəydi, o və Xan yanvarın 31-də “qanunsuz satış” ittihamı ilə 14 il həbs cəzası aldıqdan sonra məhkəmə tərəfindən əlavə olaraq ev həbsinə məhkum edilmişdi.

Büşra Bibi evini “həbsxana” hesab etməkdən imtina edərək, İmran Xanın cəza çəkdiyi Adiala həbsxanasına köçürülməsini tələb edib. Həbsxana rəhbərliyi bundan əvvəl həbsxananın keçmiş baş nazirin xanımının təhlükəsizliyinə təhlükə yaradacağını bildirərək bu addıma qarşı çıxmışdı.

Yanvarda Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureyşi “dövlət sirri haqqında qanunu pozmaq”da ittiham edilərək məhkəmə tərəfindən 10 il müddətinə azadlıqdan məhrum olunub. Fevralda məhkəmə keçmiş baş nazir və həyat yoldaşını “qeyri-qanuni nikaha daxil olmaq”da təqsirli bilib və onları 7 il müddətinə azadlıqdan məhrum edib.

İmran Xan 2018-2022-ci illərdə Pakistan baş naziri olub. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı keçirilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.

Xanın “dövlət sirrini pozmaq”da şübhəli bilindiyi istintaq o, 2022-ci il martın 27-də Pakistanın ABŞ-dəki səfirindən şifrəli teleqram aldığını açıqladıqdan sonra başlayıb. Onun sözlərinə görə, ABŞ nümayəndələri ona 2022-ci ilin fevralında Moskvaya səfəri zamanı Ukrayna ilə bağlı nümayiş etdirdiyi rusiyayönlü mövqeyinə görə hakimiyyətdən uzaqlaşmağı tövsiyə edib.


Müəllif: Mənsur Rəğbətoğlu