22 May 22:05
334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Baş naziri Rişi Sunak iyulun 4-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Sunak parlamenti buraxmaq və seçki keçirmək üçün kral III Çarlzdan icazə aldığını bildirib.

"İndi Britaniyanın öz gələcəyini seçmək vaxtıdır. Bu gün Əlahəzrət Kral III Çarlz danışığımda ondan parlamentin buraxılmasını xahiş etdim. Kral bu istəyimi yerinə yetirdi və biz iyulun 4-də ümumi seçki keçirəcəyik", - Sunak vurğulayıb.


Müəllif: Teleqraf.com