23 İyun 20:26
278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda çoxmərtəbəli yaşayış binalarının birində liftin trosu qırılıb.

Bu barədə Teleqraf.com-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nərimanov rayonu, A.Nematulla küçəsi ərazisindən liftin qırılması səbəbilə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 5 nəfər (qadın cinsli) şəxs xəsarət alıb. Xəsarət alanlar Təcili tibbi yardım briqadası tərəfindən müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunublar.


Müəllif: Teleqraf.com