ABŞ-nin Arkanzas ştatının Fordays şəhərində atışma nəticəsində ölənlərin sayı dördə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Associated Press" agentliyi polisə istinadən xəbər verib.
"Atışma zamanı həlak olanların hamısı mülki şəxslərdir", - deyə polisdən bildirilib.
Məlumata əsasən, cümə günü ərzaq mağazasında baş verən atışmada 14 nəfər yaralanıb.
Hadisənin başqa təfərrüatları barədə məlumat verilməyib. Polis araşdırma aparır.