23 İyun 10:26
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Xorvatiya milli komandasını cərimələyib.

Teleqraf.com xəbər verir ki, qitə futbol qurumu Avropa çempionatının qrup mərhələsinin II turunda, Albaniya ilə matçda xorvatiyalı azarkeşlərin qeyri-etik davranışlarına görə yığmaya pul cəriməsi tədbiq edib.

Meydana yad əşyalar atması, pirotexniki vasitələrdən istifadə etməsi və təxribat xarakterli mesajlar səbəbindən Xorvatiya 28 min avro cərimələnib.

Qeyd edək ki, B qrupunun oyunları çərçivəsində baş tutan Xorvatiya - Albaniya matçı (2:2) heç-heçə yekunlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər