23 İyun 21:34
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstanın (Rusiya Federasiyası) Dərbənd və Mahaçqala şəhərlərində baş verən terror aktları nəticəsində 23 nəfər xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “112” teleqram kanalı mənbəyə istinadən yazıb.

Vurğulanıb ki, hazırda 10 nəfərin öldüyü məlumdur.

Dağıstanın Daxili İşlər Nazirliyi xəbər verir ki, hüquq-mühafizə orqanının 6 əməkdaşı həlak olub, 12-si yaralanıb.

Hazırda antiterror əməliyyatı rejimi tətbiq edilib, Mahaçqala və Dərbənddə atəş açanların axtarılaraq zərərsizləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, bu gün axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib.

***

Dərbənddə naməlum şəxslər pravoslav kilsəsinə və sinaqoqa hücum edib.

Teleqraf.com xəbər verir ki, hadisə yerli vaxtla saat 18.00-da baş verib. İlkin məlumata görə, bir polis əməkdaşı ölüb, biri yaralanıb.

Şübhəlilərin hadisə yerindən qaçdığı “Volkswagen Polo” markalı avtomobil axtarılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər