23 İyun 16:17
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfindən atəşkəsin tez-tez pozulması sülh prosesinə risklər yaradır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert iki ölkə arasındakı son gəlişmələrə diqqət çəkib:

"Atəşkəs Naxçıvan istiqamətində pozulanda belə versiyalar səslənirdi ki, bu, Ermənistandakı təxribatçı qüvvələrin Zəngəzur dəhlizinin reallaşması və Kərki kəndinin geri qaytarılması əleyhinə atılmış addımdır, gedişata mane olmaq istəyirlər. Atəşkəsin Kəlbəcər istiqamətində pozulmasının arxasında da, Ermənistandakı revanşist qüvvələrin dayanması ehtimalı yüksəkdir. Bunun mexanimzi çox sadədir. "Qarabağ klanı" və digər radikal qüvvələr ordudakı tərəfdarlarından bir qrupuna mesaj göndərirlər ki, Azərbaycan tərəfinə atəş açın. Və ya radikal qüvvələrin nümayəndələrindən bir qrupu maşınla sərhəd kəndlərdən birinə yaxınlaşaraq, Azərbaycan tərəfinə atəş açırlar.

Fevral ayında qarşı tərəf atəş açaraq hərbçimizi yaraladıqda Baş nazir Nikol Paşinyan bunun təxribat olduğunu anlayaraq, orduda bəzi yerdəyişmələr etdi. Ancaq bu prosesi ya sona çatdıra bilmədi, ya sona çatdırmağa risk etmədi. Bütün hallarda, atəşkəsin pozulmasının intensiv hal alması gərginliyi artırır, bu isə öz növbəsində danışıqlar prosesinə mənfi təsir edir".


Müəllif: Mənsur Rəğbətoğlu