23 İyun 10:41
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda bir nəfərin ölümü ilə nəticələnən silahlı insidentlə bağlı həbs eidlən Pərviz Cabir oğlu Xudaverdiyev və onun qohumu Seymur Adil oğlu Xudaverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinauəy işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 3-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin noyabrın 1-də Xəzər rayonu Şağan qəsəbəsi ərazisində baş verib. 53 yaşlı Abdullayev Cavanşir Ruhulla oğlu revolver markalı tapança ilə qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı Xudaverdiyev Pərviz Cabir oğlu saxlanılıb. O, polisə gələrək təslim olub.

İstintaq araşdırması zamanı hadisənin törədilməsində iştiraj edən daha bir nəfər Seymur Adil oğlu Xudaverdiyev də müəyyən olunaraq saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər