Ağstafada toyd Ağstafa rayonunda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimində zəhərlənənlərin sayı 40 nəfəri ötüb.
43 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
***
Ağstafada toyda zəhərlənən şəxslərin sayı yenidən artıb.
Zəhərlənənlərin sayı 28 nəfərə çatıb.
***
22.06.2024 / 23:08
Toy mərasimində zəhərlənənlərin sayı artaraq 14 nəfərə çatıb.
***
Ağstafa rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Teleqraf.com "Report"a istinadla xəbər verir ki, zəhərlənmə diaqnozu ilə xəstəxanaya 11 nəfər müraciət edib. Onlara tibbi yardım göstərilir.
Onların rayon ərazisində keçirilən toy məclisində qidadan zəhərləndikləri ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Zəhərlənənlərin kimiyi məlum olub:
2008-ci il təvəllüdlü N.Həsənov,
2010-cu il təvəllüdlü S.Quliyev,
1986-cı il təvəllüdlü K.Quliyeva,
1982-ci il təvəllüdlü S.Ələsgərova,
2007-ci il təvəllüdlü N.Həsənov,
1999-cu il təvəllüdlü İ.Hüseynov,
1995-ci il təvəllüdlü S.Məmmədlidir.