ABŞ prezidenti Co Baydenin "donma" hallarına epilepsiya, Parkinson xəstəliyi və ürək problemləri səbəb ola bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə ekspertlər Daily Mail-ə məlumat verib.
Hull Universitetinin nevrologiya professoru Fəyyaz Əhməd deyib ki, reallıqdan uzaq olmaq hissi epilepsiya əlaməti ola bilər. Bu, beyindəki elektrik siqnallarının zədə nəticəsində pozulduqda baş verir. Bildirilir ki, bəzi hallarda insan gündə yüz dəfədən çox belə hal keçirə bilər.
Həmçinin keyimə hallarına mikroinsult da səbəb ola bilər. Bu vəziyyətdə təkcə keyimə deyil, həm də üzdə, qolda və ya ayaqda zəiflik və ya hissiyat itkisi baş verə bilər.
Ekspert bildirir ki, qan dövranı problemləri, məsələn, ürək-damar xəstəlikləri nəticəsində huşunu itirmə, keyimə və başgicəllənməyə kimi hallar müşahidə oluna bilər. Bu vəziyyət yaşlı insanlarda, adətən, yavaş ürək döyüntüsü və ya qan təzyiqinin azalması ilə əlaqələndirilir.
Mütəxəssislər qeyd edirlər ki, nitq və şüur pozuntuları Parkinson xəstəliyi və panik ataklarla da zamanı da mümkündür.