Polşa hakimiyyəti Belarusla sərhəddə fəaliyyət göstərən son iki sərhəd keçidinin bağlanması imkanını nəzərdən keçirir.
Teleqraf.com-un məlumatına görə, bu sözləri Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.
“Belarusun hərəkətləri ilə əlaqədar biz bütün sərhəd-keçid məntəqələrinin bağlanmasını nəzərdən keçiririk. Hazırda bunun Polşa iqtisadiyyatına təsirini öyrənirik”, - deyə bildirib.