Yaponiyanın Honsü adası sahillərində 5 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ ocağı 31 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Xatırladaq ki, bu gün Venesuelada 6,1 maqnitudada zəlzələ olub.