23 İyun 18:37
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyasında vitse-prezident postuna kimin namizəd olacağına qərar verib.

Teleqraf.com xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.

Məlumata görə, Tramp müvafiq bəyanatı Pensilvaniyada tərəfdarlarının mitinqindən əvvəl deyib. Siyasətçi bildirib ki, bu şəxs iyunun 27-də hazırkı Amerika lideri Co Bayden ilə televiziya debatında iştirak edəcək, lakin hələlik respublikaçının seçimini heç kim bilmir.

Kanalın mənbələri qeyd ediblər ki, Trampın vitse-prezidenti vəzifəsinə əsas namizədlər Şimali Dakota ştatının qubernatoru Duqlas Burqum, Ohayo senatoru Ceyms Devid Vens və Florida senatoru Marko Rubiodur


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər