23 İyun 22:07
381
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tesla” və “Space X”in İlon Maskın keçmiş həyat yoldaşı Talula Rayli yenidən evlənib.

Teleqraf.com xəbər verir ki, britaniyalı aktrisa Talula Rayli “Taxt Oyunları” serialının aktyoru Tomas Brodi-Sanqsterlə evlənib.

38 yaşlı Rayli və 34 yaşlı Brodi-Sanqster 2021-ci ildə çəkiliş zamanı tanış olublar. Cütlük ötən ilin iyulunda nişanlanıb, həmin zaman İlon Mask öz "X"sosial şəbəkəsində onları təbrik edib.

Qeyd edək ki, Maskla Rayli 2010-2012, 2013-2016-cı illərdə evli olub.


Müəllif: Arzu