Şahzadə Uilyam məşhur müğənni Teylor Sviftin Londonun Uembli stadionunda keçirilən konsertində iştirak edib.
Teleqraf.com xəbər verir ki, 42 yaşını qeyd edən Şahzadə Uilyam uşaqları Corc və Şarlotla birgə konsertə gedib.
Daha sonra Şahzadə Uilyam Teylor Sviftlə selfi çəkdirərək sosial media hesabında paylaşıb. Britaniya taxtının varisi Teylor Sviftin “Shake It Off” mahnısı ilə rəqs edərkən tamaşaçılar tərəfindən lentə alınıb.