Salyanda yük maşınının altında qalan usta ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə Yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayon sakini, 1986-cı il təvəllüdlü Sadıqov Vüsal Seyidməmməd oğlu yük maşınını təmir edən zaman digər avtomobil bu nəqliyyat vastəsinə çırpılıb.
Nəticədə yük maşınının altında qalan usta həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.