23 May 08:00
322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin qoşunları Tayvan adası sahillərində hərbi təlimlərə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Döyüş Komandanlığının Şərq zonası məlumat verib.

Komandanlığın sosial şəbəkə səhifəsində qeyd edilib ki, təlimlər cümə axşamı Pekin vaxtı ilə saat 07:45-də (Bakı vaxtı ilə saat 03:45) Tayvan boğazında, Tayvanın şimalında və cənubunda, eləcə də şərqindəki akvatoriyada başlayıb.

Təlimlər Szinmen, Matzu, Uqyu və Donyin adaları yaxınlığında aparılır.


Müəllif: Teleqraf.com