23 İyun 23:03
411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı 1 100-ü keçib ki, onların da yarıdan çoxu Misir vətəndaşlarıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a bir sıra ərəb ölkələrinin Səudiyyə Ərəbistanındakı diplomatik nümayəndəliyindəki mənbələr məlumat verib.

Həcc ziyarəti zamanı 672 misirli zəvvar dünyasını dəyişib ki, onlardan yalnız 31-nə Səudiyyə Ərəbistanı hakimiyyəti tərəfindən xüsusi viza verilib. Qalanları isə zəvvar kimi qeydiyyata alınmayıb və qeyri-qanuni həcc ziyarəti ediblər.

Hazırda 25-i Misir vətəndaşı olmaqla 100-ə yaxın adam itkin düşüb.

Əvvəllər 800-dən çox itkin düşmüş şəxs haqqında məlumat verilib, onların çoxu sonradan yaxınları ilə əlaqə saxlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər