Filippin Cənubi Çin dənizində Çin donanması ilə növbəti toqquşmaların müharibəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, bunu Filippin Prezidenti Ferdinand Markos deyib.
Markos Çinin sahil mühafizəsi ilə getdikcə şiddətlənən toqquşmalarda Filippin vətəndaşının öldürüləcəyi təqdirdə ölkəsinin Çinlə qarşıdurmasının müharibəyə çevrilə biləcəyini vurğulayıb.
Filippin prezidenti ilk dəfə təhlükə ilə əlaqədar hərbi yardım üçün ABŞ-yə müraciət edə biləcəklərini də söyləyib.
“Artıq yaralanmışıq, amma şükür Allaha ki, hələ ölümə çatmamışıq. Ancaq bu nöqtəyə çatanda qırmızı xətti keçəcəyik”, - Markos qeyd edib.