5 İyun 15:53
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) Ukrayna və Moldovanı genişlənmənin növbəti mərhələsinə daxil etmək istəyir.

Teleqraf.com xəbər verir ki, birlik üzvləri bu barədə yayda danışıqlara başlamağı planlaşdırır.

“Biz 2024-cü ilin iyun ayının sonuna qədər hər iki ölkə ilə hökumətlərarası konfransların çağırılması məqsədilə Ümumi İşlər Şurası tərəfindən iyundan gec olmayaraq, Ukrayna və Moldova üçün danışıqlar çərçivəsinin qəbul edilməsinə çağırırıq”, - bu barədə AB-nin 12 ölkəsinin xarici işlər nazirlərinin belçikalı həmkarları Adja Lyabibə göndərdikləri məktubda bildiriblər.

Birgə təşəbbüs Çexiya, İsveç, Estoniya, Finlandiya, Portuqaliya, Latviya, Polşa, Litva, Almaniya, Sloveniya, Rumıniya və Slovakiyanın xarici işlər nazirləri tərəfindən irəli sürülüb. Ölkələr danışıqlara Macarıstan AB sədri postuna keçənə qədər başlamaq istəyirlər. Çünki Macarıstan hər iki ölkənin birliyə üzvlüyünə qarşıdır.

Adja Lyabib bundan əvvəl söyləmişdi ki, Macarıstan AB-də səsvermə hüququndan məhrum edilməlidir. Onun sözlərinə görə, Macarıstan səsvermə və veto hüququndan məhrum edilməsə, Brüsselin siyasəti ilə razılaşmayan ölkələrə qarşı sanksiyalar mexanizmində islahatlar aparılmalı olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər