Türkiyə kənd təsərrüfatı istehsalçılarını dəstəkləmək üçün buğda idxalını müvəqqəti dayandırdığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Türkiyə hökuməti məhdudiyyətləri iyunun 21-dən oktyabrın 15-dək tətbiq etməyi planlaşdırır. Bununla belə, vaxt dəyişə bilər və bazarın vəziyyətindən asılı olaraq düzəliş ediləcək.
Rusiya Taxıl İttifaqının prezidenti Arkadi Zloçevski bildirib ki, 2023-cü ildə ölkəsi dünya buğda bazarında bir nömrəli tədarükçü olub. Rusiya buğdasının əsas alıcıları Misir, Türkiyə, Səudiyyə Ərəbistanı, İran və Əlcəzairdir.