Güclü dolu uçuş zamanı sərnişin təyyarəsinin burun hissəsini qırıb.
Teleqraf.com Lenta.ru-ya istinadən xəbər verir ki, Avstriya Hava Yollarına məxsus təyyarə Vyanaya gedərkən güclü doluya məruz qalıb.
Dolu təyyarənin burununu qoparıb və kabinənin şüşəsini zədələyib. Zədələrə baxmayaraq, təyyarə hava limanına təhlükəsiz eniş edib.