15 İyun 14:36
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radasının deputatları Rusiya Prezidenti Vladimir Putinin təklif etdiyi münaqişənin həlli üçün sülh təşəbbüslərini müzakirə edirlər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

Volodin Putinin təkcə Ukraynadakı vəziyyətlə bağlı yox, həm də bütövlükdə Avropa ilə bağlı sülh düsturu təklif etdiyinini bildirib.

O hesab edir ki, ukraynalı deputatlar Rusiya liderinin təkliflərini müzakirə etməlidir.

“Parlament xətti ilə əldə etdiyimiz məlumata görə, Ali Radanın bəzi deputatları artıq bunu etməyə başlayıblar”, - Volodin vurğulayıb.

Rusiya Federasiya Şurasının komitə sədrinin müavini Andrey Klimov da hesab edir ki, Putinin təklifi ilə bağlı Kiyevdə fikir ayrılıqları var. Deputat Ukraynadan bu yöndən müxtəlif siqnalların gəldiyini söyləyib.

Prezident Putin bundan öncə münaqişənin həlli ilə bağlı Krım, Donetsk, Luqansk, Zaporoje və Xerson vilayətlərinin “Rusiya ərazisi” statusunda tanınması, Ukraynanın NATO-ya üzvlükdən imtinası və digər şərtləri ehtiva edən sülh təklifləri ilə çıxış edib. Rəsmi Kiyev bunu “qeyri-real” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər