Ukrayna ordusu Belqorod vilayətinin Şebekino şəhərini atəşə tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında yazıb.
“Zərbə nəticəsində bir avtomobil zədələnib. Elektrik xəttinə də ziyan dəyib, şəhərin bir hissəsi müvəqqəti olaraq işıqsız qalıb”, - deyə rayon rəhbəri bildirib.
Qladkov vurğulayıb ki, fövqəladə hallar briqadaları Rusiya Müdafiə Nazirliyi ilə razılaşdıqdan sonra bərpa işlərinə başlayacaqlar.
Qubernatorun sözlərinə görə, itki yoxdur.
Bir gün əvvəl Qladkov məlumat vermişdi ki, Ukrayna Silahlı Qüvvələri Qrayvoronski şəhər rayonunun Qora-Podol kəndini atəşə tutub. Nəticədə 3 nəfər xəsarət alıb.
İyunun 16-da məlum olub ki, Ukrayna Silahlı Qüvvələri Şebekinoya hücumların birində Fransanın AASM NAMMER aviabombasından istifadə edib. Bu, bərk yanacaq reaktiv mühərriki və qanadlarla təchiz edilmiş idarə olunan bombadır.