22 İyun 17:16
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müxalif Səadət Partiyasının sədriliyi uğrunda mübarizə başa çatır.

Teleqraf.com xəbər verir ki, partiya iyunun 30-da keçiriləcək qurultaya vahid namizədlə getmək istəyir.

83 yaşlı sədr Təməl Karamollaoğlu səhhətindəki problemlərə görə istefa verəcəyini açıqladıqdan sonra millət vəkilləri Birol Aydın, Məsud Doğan və Mahmud Arıkan, eləcə də sədr müavinləri Fatih Aydın və Ömər Abdullah Ayhanın adları gündəmə gəlmişdi. Səadət Partiyası İdarə Heyətinin üzvü Salman Əsmərər də namizədliyini açıqlamışdı

Səadət Partiyasının CHP-yönlü siyasətindən narahat olan daxili bir qruplaşmanın da öz namizədini irəli sürüb-götürməyəcəyi hələ də bəlli deyil.

Kulislərdə Səadət Partiyasının gələcək lideri kimi barəsindən ən çox danışılan fiqur Birol Aydın idi. Ancaq “Anadolu” Nəşriyyatçılar Federasiyasının sədri Sinan Burhan gözlənilənin əksinə olaraq, Aydın yox, Mahmud Arıkanın vahid namizəd olacağını iddia edib.

“Ali Məşvərət Şurasının iclası keçirilib, bazar ertəsi (yeni) sədri elan edəcəklər. Vahid namizədlə gedəcəklər. Əldə etdiyim məlumata görə, Mahmud Arıkanın namizədliyinə qərar verilib”, - Burhan vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər