22 İyun 20:15
3 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kimi Gürcüstan da ölkənin birləşməsi, dövlət bütövlüyü və Avropa Birliyi (AB) üzvlüyünə nail olmaq üçün strateji səbir siyasətini davam etdirəcək.

Teleqraf.com xəbər verir ki, bunu Almaniyada səfərdə olan Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Almaniya öz ölkəsini səbirlə necə inkişaf etdirə biləcəyinin simvoludur. Almaniya səbirlə onilliklər ərzində birləşmə və inteqrasiyanı 1989-cu ilə qədər gözlədi. Sonda almanlar arzularını həyata keçirdilər. Bizim də strateji səbr siyasətimiz var, əminik ki, bu siyasətimizin köməyi ilə gürcülərin arzusu sonda reallaşacaq, Gürcüstan vahid, tam dövlətə çevriləcək”, - baş nazir bildirib.

Kobaxidze işğal olunmuş Abxaziya və Sxinvalinin (Cənubi Osetiya) azad edilməsi səylərindən sonra ikinci mühüm problemin Gürcüstanın AB-yə üzvlük prosesi olduğunu söyləyib. Baş nazir dostların dəstəyi ilə bunun 2030-cu ilə qədər baş verəcəyinə əminliyini ifadə edib.


Müəllif: Mənsur Rəğbətoğlu