Venesuelada 6,1 maqnitudada zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 167 min nəfər əhalisi olan Karupano şəhərindən 66 km şimal-şərqdə, zəlzələ ocağı 98 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.