27 İyun 16:35
3 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynaya məxsus PUA-lar Rusiyanın Tver vilayətində döyüş təyyarələri üçün yanacaq istehsal edən Redkinski elmi-tədqiqat zavoduna zərbələr endirib. Zərbə nəticəsində zavodun sexlərindən birinin boru xətti, dam örtüyü və binasına ziyan dəyib.

Teleqraf.com xəbər verir ki, Ukrayna sərhədindən 997 kilometr məsafədə yerləşən zavoda 4 PUA ilə hücum edilib.

“Newsweek” Tver vilayətinin yerli hakimiyyət orqanlarına istinadla yazır ki, Rusiya hərbi aviasiyası bütün hədəfləri vurub və pilotsuz təyyarələrin hücumunun qarşısını alıb. Amma zavoddakı vəziyyətlə bağlı heç bir rəsmi şərh verilməyib.

Redkinski tədqiqat zavodu Tver vilayətinin ən böyük kimya müəssisələrindən biridir. Burada müxtəlif təyinatlı 40-dan çox məhsul istehsal olunur. Qurumun saytında zavodun 10 ildir aviasiya və kosmik sənaye müəssisələri üçün unikal kimya məhsulları istehsalçısı olduğu qeyd edilir.

Bu, həmin zavoda ilk hücum deyil. Hələ 2023-cü ilin sentyabrında Ukrayna pilotsuz təyyarələri bu müəssisənin anbarını zədələmişdi. Ukrayna kəşfiyyatı iddia edir ki, bu kimya müəssisəsi aviasiya yanacağına əlavə olan dekalin istehsal edir.


Müəllif: Mənsur Rəğbətoğlu