Argentinanın Ədliyyə Nazirliyi cinayət məsuliyyəti yaşını 13-ə endirməyə çalışır.
Teleqraf.com idarənin bəyanatına istinadla xəbər verir ki, Argentina Ədliyyə Nazirliyi cinayət məsuliyyəti yaşının 16-dan 13-ə endirilməsini nəzərdə tutan qanun layihəsini parlamentə göndərib.
Qanun layihəsi ədliyyə naziri Marina Kuneo Libarona və təhlükəsizlik naziri Patrisiya Bullriç tərəfindən dəstəklənib. Qanun layihəsi azyaşlıların kütləvi şəkildə mütəşəkkil cinayətə cəlb olunub cəzasız qalmalarına görə hazırlanıb: "İndiki gəncləri 40 il əvvəlki gənclərlə müqayisə etmək olmaz. Yeni qanun ölkəmizin rifahı üçün əsas problemlərdən biri olan yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın artmasına qarşı mübarizəni gücləndirməyi nəzərdə tutur..
Qeyd olunur ki, 2023-cü ildə azyaşlılar 2,2 minə yaxın cinayət törədiblər.