29 İyun 16:06
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin hazırkı Prezidenti Co Bayden sabiq Prezident Donald Trampla baş tutmuş debatdan sonra keçirilən mitinqdə rəqibini (Tramp) məğlub etməyə hazır olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, iyulun 27-də keçirilən debatda Bayden zəif çıxışı, fikrini izah edə bilməməsi və həyəcanlı olması ilə tənqid olunmuşdu.

81 yaşlı prezident bir çox tənqidləri qəbul etdini bildirib:

"Açıq danışsaq daha əvvəlki kimi gənc deyiləm, əvvəlki kimi rahat gəzə, axıcı danışa və müzakirə apara bilmirəm. Ancaq bu işi görə biləcəyimə qəlbimlə inanmasaydım yenidən namizəd olmazdım".

Qeyd edək ki, bu ilin noyabrın 5-də ABŞ-də prezident seçkiləri keçiriləcək. Tramp Respublikaçılar partiyasının, Bayden isə Demokratların namizədi kimi seçkilərdə iştirak edəcək.

81 yaşlı Co Bayden və 78 yaşlı Donald Tramp ABŞ tarixində prezident seçkilərində ən yaşlı namizədlərdir.


Müəllif: Əsəd Məmmədəliyev