Bağdad Suriya və Türkiyə arasında ikitərəfli münasibətlərin normallaşdırılması məqsədilə danışıqların keçiriləcəyi məkana çevriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Dəməşqdəki hökumət mənbəsi “Al Watan” qəzetinə bildirib.
Məlumata əsasən, qarşıdan gələn Suriya-Türkiyə görüşü uzun danışıqlar prosesinin başlanğıcı olacaq və bunun siyasi anlaşmaya və sərhədyanı ərazilərdə vəziyyətlə bağlı razılaşmalara gətirib çıxaracağı gözlənilir.
Bildirilib ki, tərəflər “iki qonşu arasında münasibətləri normala, əvvəlki səviyyəyə qaytarmaq üçün bütün detalları müzakirə etməli olacaqlar”.