30 İyun 18:10
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda un məmulatları mağazasında baş vermiş partlayış nəticəsində üç nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, hadisə yerli vaxtla 15:00 (Bakı vaxtı ilə 16:00) radələrində olub.

Olayda ölən üç nəfərlə yanaşı xeyli insanın yaralandığı bildirilir. Yerli KİV yaralı sayının azı 16 nəfər olduğunu bildirsə də, məlumat hələlik təsdiqini tapmayıb.

Partlayış səbəb qaz sızması olduğu güman edilir.

Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadaları cəlb olunub.


Müəllif: Teleqraf.com