Rusiya Prezidenti Vladimir Putin NATO-nun qarşıdakı sammitinin gündəliyində xüsusi hədəf olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Xarici Əlaqələr Şurasının (CFR) təhlilində deyilir.
“NATO sammitinin güclü mesajları olacaq. Putin sammitin əlavə gündəm bəndləri üçün xüsusi hədəfdir”, - CFR analitikləri qeyd edirlər.
Co Bayden administrasiyası və digər NATO üzvləri mühüm hadisə kimi iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitə hazırlaşır.
Hazırlıq işi üç əsas istiqamət üzərində cəmlənib: Ukraynanın ötənilki sammitdə NATO-ya üzv olmağa dəvət edilməsindən narazılığına cavab vermək, müdafiə xərcləri ilə bağlı Konqresdəki respublikaçıların tənqidləri və Ukrayna silahlı qüvvələrinin uğursuz əks-hücumundan sonra Vladimir Putinin addımlarını müzakirə etmək.