2 İyul 15:10
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Müdafiə Nazirliyi ölkənin şərqində təyyarənin qəzaya uğraması və pilotun ölümü ilə bağlı məlumatı təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

“Planlı hərbi təlimlər zamanı Müdafiə Qüvvələrinə məxsus təyyarələrdən biri qəzaya uğrayıb. Qəza nəticəsində Müdafiə Qüvvələrinin aviasiya-hava komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub. Müdafiə Nazirliyi hadisənin səbəblərini müəyyən etmək üçün ekspertiza aparır. Nazirlik həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı verir”, - deyə məlumatda bildirilib.

Hadisə Kvemo Kartli bölgəsinin (Borçalı) Bolnisi şəhərində baş verib.


Müəllif: Mənsur Rəğbətoğlu